Federasiyanın bölmələrində ənənəvi kungfu stilləri, Ving Çun, Cit-kun do özünümüdafiə sistemləri və Uşu-Sanda tədris olunur.
Klubun yetirmələrindən artıq 15-i Dünya çempionu adına layiq görülmüşdür. Klubun idmançıları ölkəmizdə idmanla bağlı bir çox dövlət tədbirlərində öz nümunəvi çıxışları ilə iştirak etmiş və dəfələrlə Gənclər və İdman Nazirliyinin fəxri diplomları ilə təltif olunmuşlar. 
Klub hər il Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar Şəhidlərinin, 26 Fevral Xocalı Faciəsinin və eləcə də bir çox əlamətdar günlərin xatirəsinə həsr olunmuş yarışların keçirilməsini təşkil edir.

Bizim məqsədimiz Ölkəmizin gənclərinin əsl vətənpərvər ruhda böyümələrinə, onların sağlam həyat tərzi sürmələrinə, pis vərdişlərdən çəiknməlrinə, Vətən üçün, millətimiz üçün əsl layiqli bir övlad olmalarına, xarici ölkələrdə hər zaman ölkəmizin idman şərəfini layiqincə qorumalarına çalışmaqdır. 

Klubun fəaliyyətinə hər zaman dəstək verən Azərbaycan Gənclər və idman nazirliyinə, Bakı Biznes Universitetinin rəhbərliyinə və eləcədə VITTA Elmi Texniki MMC-nin rəhbəri cənab Kamil Quliyevə