Azərbaycan WING-CHUN - KUNG-FU döyüş sənəti FEDERASIYASI

 





KLUB


 

“Wing Chun döyüş sənəti” – idman klubu.  Klubun bölmələrində ənənəvi kungfu stilləri, Ving Çun, Cit-kun do özünümüdafiə sistemləri və Uşu-Sanda  tədris olunur. Klubun yetirmələrindən artıq 15-i Dünya çempionu adına layiq görülmüşdür. Klubun idmançıları ölkəmizdə  idmanla bağlı bir çox dövlət tədbirlərində öz nümunəvi çıxışları ilə iştirak etmiş və dəfələrlə Gənclər və İdman Nazirliyinin fəxri diplomları ilə təltif olunmuşlar.
Klub hər il Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar Şəhidlərinin, 26 Fevral Xocalı Faciəsinin və eləcə də bir çox əlamətdar günlərin xatirəsinə həsr olunmuş yarışların keçirilməsini təşkil edir.

Bizim məqsədimiz Ölkəmizin gənclərinin əsl vətənpərvər ruhda böyümələrinə, onların sağlam həyat tərzi sürmələrinə, pis vərdişlərdən çəiknməlrinə, Vətən üçün, millətimiz üçün əsl layiqli bir övlad olmalarına, xarici ölkələrdə hər zaman ölkəmizin idman şərəfini layiqincə qorumalarına çalışmaqdır. Klubun fəaliyyətinə hər zaman dəstək verən Azərbaycan Gənclər və idman nazirliyinə, Bakı Biznes Universitetinin rəhbərliyinə və eləcədə VITTA Elmi Texniki MMC-nin rəhbəri cənab Kamil Quliyevə dərin minnətdarlığımızı bildiririk.

 

 

XƏBƏRLƏR

  • Wing-Chun həvəskarlarının nəzərinə

    6 yaşdan yuxarı oğlan və qızları məşqlərə dəvət edirik. Məşqlər hər gün və axşam saat 18:00 dan 21:00 dək keçirilir.

    Ünvan:     Bakı şəhəri, 20 yanvar metrosunun yaxınlığı BBU-nun idman zalı.
    Əlaqə nömrəsi:    +99450 353 17 50
  • "Wing-Chun  -  Kung-Fu" yaranma tarixi

    Qədim Çin döyüş sənətinin məşhur stillərindən biri də Ving-Çundur. Bu stil 1700- 1820-ci illərdə Çinin Futçzan Əyalətində yaşayan Şaolin rahibəsi Ng Mui tərəfindən yaradılmışdır.