Azərbaycan WING-CHUN - KUNG-FU döyüş sənəti FEDERASIYASI

 





Vingçunun Azərbaycanda inkişaf tarixi

Yaranışı 350 illik bir tarixə söykənən Vingçun döyüş sənəti  Dünyanın əksər ölkələrində sürətlə inkişaf olunur. Lakin ölkəmizdə 8 ildir ki mövcuddur. Bu döyüş sənətinin Respublikamızda yeni olmasının səbəbi bu sahədə mütəxəssislərin olmaması idi. Hazırda isə Vingçun respublikamızda sürətlə yayılır və sevilir. Azərbaycan Vingçun döyüş sənəti idman klubu, beynəlxalq Vingçun assosiasiyasına rəsmi üzvdür. Klubun prezidenti Respublikanın əməkdar məşqçisi Asif Sayadovdur.
Məqsəd, bu idman növünü inkişaf etdirmək və gələcəyimiz olan gənc nəslin sağlam ruhda böyüməsi, onlarda vətənpərvərlik hisslərinin aşılanması və vətənimizi hüdudlarından kənarda təmsil etmək, idman şərəfini layiqincə qorumaqdır.

XƏBƏRLƏR

  • Wing-Chun həvəskarlarının nəzərinə

    6 yaşdan yuxarı oğlan və qızları məşqlərə dəvət edirik. Məşqlər hər gün və axşam saat 18:00 dan 21:00 dək keçirilir.

    Ünvan:     Bakı şəhəri, 20 yanvar metrosunun yaxınlığı BBU-nun idman zalı.
    Əlaqə nömrəsi:    +99450 353 17 50
  • "Wing-Chun  -  Kung-Fu" yaranma tarixi

    Qədim Çin döyüş sənətinin məşhur stillərindən biri də Ving-Çundur. Bu stil 1700- 1820-ci illərdə Çinin Futçzan Əyalətində yaşayan Şaolin rahibəsi Ng Mui tərəfindən yaradılmışdır.