Azərbaycan WING-CHUN - KUNG-FU döyüş sənəti FEDERASIYASI

 





Şaolin-Sanda

SANDA DÖYÜŞÜ NƏDİR!

Sanda – Çin döyüş incəsənətinə əsaslanan, dünyada idman növü kimi qəbul olunmuş və beynəlxalq yarışlar üçün nəzərdə tutulmuş bir döyüş növüdür. Hansı ki, bütün dünyada sürətlə böyüyür və inkişaf etdirilir. Ümumiyyətlə bu döyüş üslubu “Şaolin kung-fusu”nun sərbəst bölməsinə aiddir. Sanda sözünün mənası “mübarizə aparmaq”, “tam azad (sərbəst) döyüş” deməkdir.

Müasir sanda və ya san-şou döyüşü qədim Çin döyüş üslubu olan Ley-Tay döyüşünə əsaslanır. Baxmayaraq ki, Şaolin rahibləri tərəfindən qəbul olunmayan və dini qaydalara zidd olan bu döyüş

 

forması, xalq arasında geniş yayılmışdı. Maddi qazanc vasitəsi olan bu döyüş formasında sərt və ağır qaydalar mövcud idı. Bu qaydalara əsasən qarşı-qarşıya gələn rəqiblərin əl və qollarına kəndir sarınır, kəndirə yapışqan sürtülür və bundan sonra isə ona şüşə qırıntıları əlavə olunurdu. Ən ağır qaydalardan biri isə bu döyüşdə qalib gələn rəqib məğlub olanı öldürməli idi. Lakin zaman keçdikcə bu qəddar döyüş forması həmin dövrdə ki, rəhbərlik tərəfindən qadağan olunmuşdur.

Sanda (san-şou) Kung-fu və ya U-şu yarışlarının ayrılmaz tərkibi olaraq Çində 1988-ci ildə keçirilən beynəlxalq festivalda ilk dəfə nümayiş olundu. 1991-ci ildə isə artıq bir döyüş idmanı kimi qəbul olunaraq Çində ilk dünya çempionatı keçirildi. Əsasən Çində milli döyüş idmanı kimi daha çox tanınan və sevilən sanda döyüşü, artıq dünyanın 83- dən çox ölkəsində populyardır.

 

Təlim məşqləri və yarışlar, təhlükəsizlik təchizatı ilə, və həmçinin məhdudlaşdırılan qaydalar və iştirakçıların təhlükəsizliyi üçün işlənilib hazırlanmış texnikalar, standart qaydalar əsasında aparılır. Hər halda, sanda tam döyüş sənətidir. Burada, əl və ayaq zərbələrinin vurulması, güləş

Bu döyüş növü, kiqboks və bu tip döyüş növlərinə bənzəyir. Lakin burada döyüş meydanı və verilən xallar fərqlidir. Ümumiyyətlə bu döyüş növü, texniki fəndlər və döyüş  üslubları ilə daha zəngindir.  Bu döyüş növü ilə məşğul olan idmançı, cəsurluq və bacarıqdan əlavə həm də iradə möhk

əmliyi, elastiklik və həssaslıq kimi fiziki keyfiyyətləri də  özündə cəmləyir. fəndlərindən istifadə və qəbul olunmuş qaydalarla hücum etmək və müdafiə olunmaq və.s. kimi döyüş

metodları mövcuddur. Beynəlxalq yarışlar üçün, yeni hazırlanmış sanda döyüşündə diz və dirsəklə vurulan zərbələr qadağandır.

 

XƏBƏRLƏR

  • Wing-Chun həvəskarlarının nəzərinə

    6 yaşdan yuxarı oğlan və qızları məşqlərə dəvət edirik. Məşqlər hər gün və axşam saat 18:00 dan 21:00 dək keçirilir.

    Ünvan:     Bakı şəhəri, 20 yanvar metrosunun yaxınlığı BBU-nun idman zalı.
    Əlaqə nömrəsi:    +99450 353 17 50
  • "Wing-Chun  -  Kung-Fu" yaranma tarixi

    Qədim Çin döyüş sənətinin məşhur stillərindən biri də Ving-Çundur. Bu stil 1700- 1820-ci illərdə Çinin Futçzan Əyalətində yaşayan Şaolin rahibəsi Ng Mui tərəfindən yaradılmışdır.