Azərbaycan WING-CHUN - KUNG-FU döyüş sənəti FEDERASIYASI

 





CitkunDo


Cit Kun do - Qarşılayan  (istiqamətləndirən) yumruq Yolu.

Cit Kun Do 1967-ci ildə əfsanəvi döyüşçü Brus Li tərəfindən yaradılmış bir döyüş sistemidir. Bu döyüş növü tam özünümüdafiə texnikalarına əsaslanır.  "Jeet Kune" mənası-yumruğu qabaqlamaq və ya kəskin sürətdə zərbə və hücumu zərərsizləşdirmək; "Do" isə-yol mənasını verir. Bu döyüş sistemi diğər döyüş üslublarından daha təsirlidir. Çünki, üslub sadə, öyrənilməsi asan, əsl özünümüdafiə texnikaları ilə zəngin bir sistemdir. Bu döyüş növünün təməli Ving-çun və boks döyüş növlərinə əsaslanır. Çünki, Brus Lİ uşaqlıqdan Ving-çun ustadı İp Manın yanında bu döyüş növü ilə məşğul olmuşdur. Daha sonrakı illərdə yaratdığı bu unikal döyüş üslubuna başqa idman növlərini də: Aykido, Ciu Citsu, Sambo, Güləş, Kunq Fu (müxtəlif stilləri),  Taekvando, Muay tay, və s. döyüş üslublarını daxil edərək onlar arasındakı fərqlərə əsasən tətbiq etmişdir. Hazırda dünyanın bütün ölkələrində bu döyüş üslubu populyardır.

Cit Kun Do bir sistem deyil. Bir döyüş texnikasi deyil. Konkret zərbələri, fəndləri yoxdur. Cit Kun Do Brus Linin stili deyil, Cit Kun Do Brus Linin fəlsəfəsidir. Məsələn; yaxın məsafədə Vingçun, uzaq məsafədə isə Savat (Fransız Boksu) istifade edilir.

Lakin Cit Kun Do heç bir limit qəbul etməz, istər yaxın məsafə, istərsədə uzaq məsafədə rəqibinə su kimi axar. Yəni, Cit Kun Do  bir həyat tərzidir, hec bir sistemə bağli olmamaq deməkdir. Bəs belə bir sual ortaya çıxa bilər, Brüs Linin yaratdigi sistem Cit Kun Do deyil bəs nədir? Brüs Linin qurdugu döyüş sənəti "Jun Fan Kung Fu"dur. Jun Fan Li, Brüs Linin əsl adıdır. Mənası "Brüs Linin Kunq Fu məktəbi" deməkdir. "Cun Fan Kunq Fu" Cit Kun Do-nun  təməl prinsipidir. Bir çox döyüs sistemlərini (ən əsas da müxtəlif Kunq Fu məktəblərini) özündə birləşdirir.

XƏBƏRLƏR

  • Wing-Chun həvəskarlarının nəzərinə

    6 yaşdan yuxarı oğlan və qızları məşqlərə dəvət edirik. Məşqlər hər gün və axşam saat 18:00 dan 21:00 dək keçirilir.

    Ünvan:     Bakı şəhəri, 20 yanvar metrosunun yaxınlığı BBU-nun idman zalı.
    Əlaqə nömrəsi:    +99450 353 17 50
  • "Wing-Chun  -  Kung-Fu" yaranma tarixi

    Qədim Çin döyüş sənətinin məşhur stillərindən biri də Ving-Çundur. Bu stil 1700- 1820-ci illərdə Çinin Futçzan Əyalətində yaşayan Şaolin rahibəsi Ng Mui tərəfindən yaradılmışdır.