Azərbaycan WING-CHUN - KUNG-FU döyüş sənəti FEDERASIYASI

 





Ving Çun formu

Ving Çun Çin ölkəsinin cənub bölgəsinə aid olan və özünü müdafiə üçün ən real praktik döyüş sənətidir. Ving Çun döyüş sənəti zəngin və praktik döyüş texnikaları, effektiv əl və ayaq zərbələri ilə yanaşı həm də kompleks hərəkətlər yığımı adlandırılan standart Formlardan ibarətdir. Ving Çun döyüş sənətində  3 təməl əl formu, 1 taxta adam formu, 2 silahlı form və 1 uzun ağac formu mövcuddur.

1- ci form Siu-Lim -Tao  adlanır. Mənası - "Kiçik fikir Yolu" deməkdir.

Bütün üst bədən Vin Çun quruluşu və təməl duruş mövqesində çalışdırılan ayaq məşqləri Siu-Lim-Tao adlanan kompleks hərəkətlər yığımı tədrisindədir.

Siu-Lim-Tao şagirdə Ving Çun sənətinin təməllərini və özüylə baş-başa qalmasıyla qazana biləcəyi dincliyi verir. Tərcüməsi "kiçik fikir yolu" olan SLT məşqləri əslində insana gündəlik düşüncələrdən xilas olmağı  bu çalışma məşqləri vasitısilə sağlam və uzun ömür yaşamağa kömək edir.  Siu Lim Tao tələbədə Çiqunun  (daxili enerji) oyanmasına və inkişafına böyük təkan verir.

SLT Ving Çunun baslangıç formasıdır. Hər şey ona söykənir.Çünki SLT gerçək mənada Ving-Çunun təməlidir. Ving-Çun doğru duruşlara, enerji çalışmalarına, və hərəkətlərin təməl prinsiplərinə uyğun bir şəkildə tətbiqinə əsaslanır.

SLT və Ving-Çundakı bütün prinsiplərə 45 ya da 90 dərəcəlik bucaqlarla edilən hərəkətlərə əsaslanır.

Ving-Chun təməl texnikalarının çoxunun mükəmməlləşdirildiyi ilk forma olan SLT inkişaf etmiş nəfəs çalışması və təsirli bir müdafiə və hücum üçün lazım olan həndəsi və doğru dirsək və əl çalışmaları ilə tələbəni lazımlı xüsusiyyətlərlə təchiz edir. SLT forması 108 hərəkətdən meydana gəlməkdədir.

Siu-Lim-Tao formasıyla aşağıdakı bir çox çalışma reallaşdırılmış olar

1. Mərkəz Xəttin (Chung-Sien) mühafizəsi

2. Əlləri doğru bir şəkildə istifadə edərkən bədənin balanslı və doğru bucaqlarda mühafizəsi

3. Dirsəkləri (dirsək enerjisi və gücünü) doğru istifadə etmə qabiliyyəti

4. Ving-Çun icra edərkən dönüləcək doğru və sabit bir duruş qazanımı

5. Doğru nəfəs alma qabiliyyəti.


2-ci form Chum Kiu adlanır. Mənası - Körpü ( bağlantı) deməkdir.

Ving-Çunun effektif texnikalarına hazırlıq üçün Çam Kiu çox yaxşı çalışma formudur. Bu formada rəqiblə bir təmas qurmaq  məqsədi daşıyır. Çam Kiu, Ving-Çunun ikinci təməl formasıdır və bir çox fərqli texnikaları ilə 1-ci forum olan  Siu Lim taodan fərqlənir. SLT sabit bir mövqedə tətbiq olunarkən, CK hərəkətlidir və çox sayda rəqibə qarşı texnikaları inkişaf etdirən bir tətbiqdir.

CKdə hisslər fərqlidir çünki soldan sağa və sağdan sola hərəkət edərsiniz, və bu səbəblə artıq tarazlıq çox böyük əhəmiyyət qazanar. Bu formada hərəkətlər artıq iti və qüsursuzdur, tətbiq edici enerji və elementlər istifadə edər; ardından rahatlayar və sonra bir sonrakı hərəkətinə davam edər. Bütün forma sürətli və güclüdür; hər hərəkət sürətli bir şəkildə və qüsursuzca tətbiq olunar.

CK formasının təməl nöqtəsi, adamın çox sayda rəqibin hücumuna ugradığında həqiqətən nə edə biləcəyinə görə iş görməsini təmin etməkdir.

Körpü (əlaqə,təmas) axtarış, arama olaraq tərcümə edilən olan CK Ving-Çunun ikinci formasıdır. Strukturca olaraq SLTdən daha inkişaf etmiş və daha kompleks hərəkətlərlə zəngindir. Bütün təməl əl texnikaları, enerji və o enerjinin istifadə edilməsinin inkişaf etdirildiyi SLT formasında çalışılan prinsiplər CK formasında da inkişaf edərək çalışılar, və bunlara əlavə olaraq inkişaf etmiş texnikalarla gerçək döyüş mühitinə daşına biləcək təsirli bir forumdur.

CK formasının əsası təməl anlayış adından da aydın olduğu kimi, körpü yəni bir əlaqə (bir təmas) axtarışıdır. Burada ifadə edilən körpü  (dirsəklə bilək arası) ya da rəqibin hər hansı bir fiziki əlaqə nöqtəsiylə (qollar ya da qıçlar) təmin ediləcək fiziki bir təmasdır. Bu təmas tətbiq edicinin Chi-Sao yoluyla inkişaf etdirmiş olduğu həssaslığını və enerjisini rəqibinin hərəkətlərini və planlarını oxuyaraq (hiss edərək) ona üstünlük təmin etməsi üçün istifadə edə bilməsini mümkün edər.

Tətbiqlərdə ayaq çalışmaları, önə adım, arxaya adım, müəyyən bucaqlarda yanlara addımlar və sürüşmələr ya da eyni nöqtə üzərində edilən möhkəm dönmələr şəklində edilər. Addımlar rəqibə yaxınlaşmaq üçün sürətli və güclü bir şəkildə reallaşdırılmalıdır.

 

 

3-cü form Biu Gee adlanır. Mənası -  atılan ( Vurulan) barmaqlar deməkdir.

 

Ənənəvi olaraq bir zamanlar "ailə xaricinə əsla öyrədilməyən" yalnız Ving-Çunda üst səviyyələrə çatmış qabiliyyətli və seçilmiş bəzi şagirdlərə öyrədilən  Biu-Gee, Ving-Çunun daha təsirli texnikalarını özündə cəmləyir.

Təsirli və ardıcıl dirsək, ovuc və barmaq vuruşlarıyla müdafiə etməsi haradasa mümkün olmayan texnikaları inkişaf etdirmək üçün çalışılar. Bu formanın tətbiq oluna bilməsi və aydın ola bilməsinin sirri SLT və CK formalarının mükəmməlləşməsiylə mümkün olduğu üçün ilk iki təməl formanın əskiksiz çalışılmasını tələb edir.

 

XƏBƏRLƏR

  • Wing-Chun həvəskarlarının nəzərinə

    6 yaşdan yuxarı oğlan və qızları məşqlərə dəvət edirik. Məşqlər hər gün və axşam saat 18:00 dan 21:00 dək keçirilir.

    Ünvan:     Bakı şəhəri, 20 yanvar metrosunun yaxınlığı BBU-nun idman zalı.
    Əlaqə nömrəsi:    +99450 353 17 50
  • "Wing-Chun  -  Kung-Fu" yaranma tarixi

    Qədim Çin döyüş sənətinin məşhur stillərindən biri də Ving-Çundur. Bu stil 1700- 1820-ci illərdə Çinin Futçzan Əyalətində yaşayan Şaolin rahibəsi Ng Mui tərəfindən yaradılmışdır.