Azərbaycan WING-CHUN - KUNG-FU döyüş sənəti FEDERASIYASI

 





English

Ving-Çun - yaxın döyüş sistemi deməkdir.

Qədim Çin döyüş sənətinin ən real və praktik sistemi sayılan Ving-Çun 1700-1820-ci illərdə Çinin Futçzan Əyalətində yaradılmışdır. Bu döyüş stilinin daha sonralar orjinal formada qorunub saxlanılması və inkişafı 1893-1972-ci illərdə yaşamış qrandmaster Yip-Manın adı ilə bağlıdır.

Yip-Man, Ving-Çun döyüş üslubunu açıq bir şəkildə dünyaya yayan və öyrədən ilk kung-fu ustasıdır.

Yip Manın ən məşhur tələbələrindən biri də Brus-Li  idi. Çində çox populyar olan bu stil, daha sonralar 1960-cı illərin sonunda Bryus Li tərəfindən Qərbdə və eləcə də bütün dünyada tanınmağa başladı.

Ölkəmizdə də bu döyüş üslubu gənclər və eləcə də müxtəlif yaş qruplarına aid insanlar tərəfindən çox sevilir. Bu döyüş sənətinin yarandığı məkan sayılan Çində və eləcə də bir çox ölkələrdə seminarlarda və təlim məşqlərində olmuş Azərbaycan Vingçun döyüş sənəti idman klubunun rəhbəri Asif Sayadov tələbələrinə bu döyüş üslubunu məharətlə öyrədir.

Bu döyüş sistemi effektiv “Çi” tənəffüsündən, univrsal əl texnikalarından, çevik mövgelərdən və ayaq zərbələrindən istifadə edir – hansı ki, azaddır və tez-tez hərəkət edəndir. Bu döyüş sistemində taxta adam üzərində aparılan məşqlər və sistemin nüvəsi sayılan Çi Sao (yapışqan əllər) texnikası idmançıya mükəmməl ustalıq bəxş edir.

 

 

 

 

 

 

 

 


 

Yeni xəbərlər!

16-20.05.2015-cil tarixində Almaniyanın Münhen şəhərində  Döyüş sənətləri üzrə Beynəlxalq seminar və Mübarizəoyunları keçirilmişdir. Dünyanın bir çox ölkələrindən qatılmiş bu beynəlxalq seminara, tanınmış kino ulduzları və dünya şöhrətli döyüş Ustaları da gəlmişdirlər.

Ölkəmizi bu beynəlxalq seminarda Klubumuzun prezidenti, Respublikanın əməkdar məşqçisi, BeynəlxalqVing Çun Döyüş sənəti assosiasiyasının Ölkəmizdəki       səlahiyyətli nümayəndəsi , Sifu Asif Sayadov və klubumuzun ən təcrübəli idmançısı  Elşən Hacızadə təmsil etmişdirlər.  3 gün davam edən bu mübarizədə sonda ölkəmiz ən yaxşı 10 ölkə sırasına düşərək Asif Sayadov ilin Ustası və Elşən Hacızadə isə İlin İnstuktoru mükafatına layiq görülmüşdürlər.

Uğurlar

29-30 noyabr 2014-cü il tarixində Ölkəmizdə ilk Ving çun döyüş sənəti üzrə Beynəlxalq seminar keçirildi. Bu beynəlxalq seminara böyük usta Beynəlxalq Vingçun döyüş sənəti assosiasiyasının prezidenti Samuel Kvok və Türkiyə Ving çun Kaplan akademiyasının prezidenti Sifu Murat Kaplan gəlmişdirlər.2 gün davam edən seminara Klubumuzun 100-lərlə idmançısı qatılmış və sonda seminarın fərqlənmə sertifikatarı ilə təltif olunmuşdurlar. Sonda isə Grandmaster Samuel Kvok Usta  Dünya Döyüş Sənətləri Birliyi tərəfidən verilən "Döyüşçu Ruhu və Ustası" dərəcəsini Klubumuzun Rəhbəri Respublikanın əməkdar məşqçisi Asif Sayadova təqdim etdi.

Nailiyyətlər!

2012-ci tarixindən etibarənAzərbaycan Ving Çun Döyüş Sənəti İdman Klubu, Beynəlxalq İp Man Ving Çun Assosiasiyasına rəsmi üzv olaraq ökləmizi bu sahədə beynəlxalq yarışlardaseminarlarda təmsil etməyə başlamışdır. Klubumuzun rəhbəri Master Asif Sayadovun və eləcə də  peşəkar məşqçilərimizin sayəsində artıq Ving Çun ölkəmizdə sevilməyə başlamışdır. Bunun nəticəsi olaraq artıq Ving çun üzrə beynəlxalq yarışları və eləcə də seminarların gələn il ölkəmizdə keçirilməsi planlaşdırılmışdır. Beynəlaxalq Vingçun assosiasiyasının prezidenti Qrandmaster Samuel Kvokun ölkəmizə gəlməsi və seminarların keçirilməsi nəzərdə tutlmuşdur.

XƏBƏRLƏR

  • Wing-Chun həvəskarlarının nəzərinə

    6 yaşdan yuxarı oğlan və qızları məşqlərə dəvət edirik. Məşqlər hər gün və axşam saat 18:00 dan 21:00 dək keçirilir.

    Ünvan:     Bakı şəhəri, 20 yanvar metrosunun yaxınlığı BBU-nun idman zalı.
    Əlaqə nömrəsi:    +99450 353 17 50
  • "Wing-Chun  -  Kung-Fu" yaranma tarixi

    Qədim Çin döyüş sənətinin məşhur stillərindən biri də Ving-Çundur. Bu stil 1700- 1820-ci illərdə Çinin Futçzan Əyalətində yaşayan Şaolin rahibəsi Ng Mui tərəfindən yaradılmışdır.